“Barselona”nın sabiq müdafiəçisi Jerar Pike “Real”ın hakimliklə bağlı davamlı şikayətlərinə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri “Barselona”nın qələbələrini yalnız hakimlərin köməyi ilə qazandığını iddia edib.
Sabiq futbolçu isə bu iddiaya belə cavab verib:
“Bəli, “Barselona” üçün qələbə qazanmağın yalnız bir yolu var: yaxşı oynamaq. Buna görə də, hamı bizi tanıyır.
Siz “Real” azarkeşləri həmişə hakimlikdən danışırsız. Amma məndən səhv qərarlarla qazandığınız Çempionlar Liqası finallarını xatırlatmağımı istəməyin.
Hakim səhvləri çoxdur, amma tarixən onlar həmişə “Real”ın xeyrinə olub”.
