“Qızıl top”u özümə verərdim və bu, heç də oğurluq olmazdı”

8 Sentyabr 15:40 İspaniya 465
“Qızıl top”u özümə verərdim və bu, heç də oğurluq olmazdı”

“Real Madrid” və Fransa milli komandasının hücumçusu Kilian Mbappe özünü dünyanın ən yaxşı futbolçusu hesab etməsi və 2026-cı ilin “Qızıl top” mükafatına iddiaları barədə bəyanat verib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı ulduz hücumçunun fikirlərini Fransanın nüfuzlu “L’Équipe” nəşri yayımlayıb.

Mbappe “Qızıl top”u kimsəyə vermək niyyətində olmadığını vurğulayıb:

“Qızıl top”u kimə verərdim? Onu özümə verərdim və bu, heç də oğurluq olmazdı.

Bu, futbolçunun fərdi töhfəsinin nəzərə alındığı fərdi mükafatdır. Arqumentlərə baxanda öz-özümə deyirəm: bəli, bu, ədalətsizlik olmazdı”.

Dünyanın ən yaxşısı olub-olmaması ilə bağlı suala isə fransalı bombardir belə cavab verib:

“Mən həmişə belə düşünürəm, amma bu çox şəxsi məsələdir. Hər kəsin öz fikri var: bəziləri razılaşacaq, bəziləri yox. Bu, mübahisəli mövzudur və hər kəsin mənim kimi düşünməsi məcburi deyil”.

Mbappe İspaniya çempionatının cari mövsümündə keçirdiyi 4 oyunda artıq 4 qol vurmağa müvəffəq olub.

“Kral klubu” növbəti matçını çərşənbə axşamı Çempionlar Liqasının liqa mərhələsinin ilk turu çərçivəsində doğma meydanda Milannın “İnter” klubuna qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:30 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Onun bacısı deyir ki…