“Atletiko”nun müdafiəçisi ilə maraqlanır - Premyer Liqanın 4 klubu

00:10 İspaniya 79
“Atletiko”nun müdafiəçisi ilə maraqlanır - Premyer Liqanın 4 klubu

“Atletiko”nun müdafiəçisi Mark Pubil İngiltərə Premyer Liqasının top-klublarının diqqətini çəkib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Liverpul”, “Mançester Yunayted”, “Arsenal” və “Çelsi” maraqlanır.

Madrid klubu isə Pubilin mümkün transferindən 55-60 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Pubil bu mövsüm La Liqada 3 oyunda meydana çıxıb, 1 qol vurub. İspaniyalı müdafiəçinin “Atletiko” ilə müqaviləsinin müddəti 2030-cu il iyunun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
8 Sentyabr 18:10 Çək və bizə göndər!
8 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM