“Real”a vaxtından əvvəl qayıda bilər - Argentinalı vinger

22:00 İspaniya 59
“Real”a vaxtından əvvəl qayıda bilər - Argentinalı vinger

Argentinalı vinger Franko Mastantuono “Fiorentina”dan vaxtından əvvəl ayrılaraq “Real”a qayıda bilər.

Sporrtinfo.az “Fichajes”-ə istinadən xəbər verir ki, “Real” Florensiya təmsilçisinin yeni baş məşqçisi Paolo Vanolinin 19 yaşlı futbolçuya güvənməyəcəyi təqdirdə, onun icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi variantını nəzərdən keçirəcək.

Fabio Qrossonun rəhbərliyi altında Mastantuono yeni mövsümdə İtaliya çempionatının hər üç oyununda start heyətində meydana çıxıb. Ancaq hazırda “Fiorentina”nı Vanoli çalışdırır.

Mastantuono cari mövsümdə bütün turnirlərdə 5 matçda iştirak edib və 3 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti