“Düşünürəm ki, komandada qalmaq istəyir” – Baş məşqçi

27 Yanvar 22:00 İspaniya 582
“Düşünürəm ki, komandada qalmaq istəyir” – Baş məşqçi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Ansu Fatinin durumu ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı, Fatinin məşqlərdə təkmilləşdiyini deyib:

“Düşünürəm ki, Ansu komandada qalmaq istəyir və bu, yaxşıdır. O, məşqlərdə təkmilləşir”.

İspaniyalı hücumçu bazar günü La Liqada “Valensiya” ilə matçda (7:1) ehtiyat oyunçular skamyasında qalıb. O, yanvarın əvvəlindən meydanda görünməyib.

Müxtəlif mənbələrə görə, kataloniyalılar Fati ilə vidalaşmaq istəyirlər və qış transfer pəncərəsində onunla ayrılmağa hazırdırlar. Ancaq o, israr edir və “Barsa”dan ayrılmaq istəmir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 20:00 Çək və bizə göndər!
19 Oktyabr 18:10 Mahirə ehtiyac duymadılar
19 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 03:20 "Quba" ilə bacarmadılar