“Barselona”nın hücum xəttini dəyərləndirdi - Yeni transfer

18:20 İspaniya 90
“Barselona”nın hücum xəttini dəyərləndirdi - Yeni transfer

“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona”nın vingeri Entoni Qordon komandanın hücumdakı fərqli variantlarından danışıb.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, bu yay “Barselona”ya keçən ingiltərəli futbolçu, komanda yoldaşlarının fərqli xüsusiyyətlərə malik olduğunu bildirib:

“Fermin Lopes və Dani Olmo hər ikisi “10 nömrə” mövqeyində oynaya bilər, lakin onların tamamilə fərqli keyfiyyətləri var. Lamin Yamal istənilən rəqibi təkbətək mübarizədə keçə bilir.

Rafinya oyuna özünəməxsusluq qatır, mən və Kərim Adeyemi isə fərqli seçimlər təklif edirik. Həmçinin, istənilən müdafiəni yarmaq iqtidarında olan yarımmüdafiəçilərimiz də var”.

“Barselona” beş turdan sonra 15 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi bu görüşlərdə 21 qol vurub, 4 qol buraxıb və hər iki göstəricidə çempionatda liderdir.

Komandanın Çempionlar Liqasının liqa mərhələsində isə rəqiblərindən biri “Sabah”dır. Tərəflər arasında qarşılaşma 25 noyabrda, Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti