“Real” 28 yaşlı qapıçının çıxışını yaxından izləyir, danışıqlar aparmır

15 Sentyabr 01:40 İspaniya 381
“Real” 28 yaşlı qapıçının çıxışını yaxından izləyir, danışıqlar aparmır

Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel Avropanın top-klublarından birinin maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Real” 28 yaşlı qapıçının çıxışını yaxından izləyir.

Tərəflər arasında hələlik heç bir danışıq aparılmayıb.

Kobelin transfer qiyməti 40 milyon avro dəyərləndirilir. İsveçrəli qolkiper 2021-ci ilin yayından Dortmund klubunun formasını geyinir.

Onun “Borussiya” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir.

Kobel cari mövsümdə Bundesliqada 3 oyunda meydana çıxıb və qapısında 2 qol görüb.

Digər Xəbərlər
Xəbər Lenti
10 Oktyabr 11:00 “Qarabağ” da bunu edib