“Çempionlar Liqasını qazanmağı hədəfləyirik”

00:00 İspaniya 112
“Çempionlar Liqasını qazanmağı hədəfləyirik”

“Barselona”nın vingeri Lamin Yamal UEFA Çempionlar Liqasını qazanmaq istədiklərini bildirib.

Sportinfo.az “Movistar”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu, turnirdə qələbəyə köklənməyin müsbət hal olduğunu deyib:

“Çempionlar Liqasını qazanmaqla bağlı bu qədər istəkli olmaq yaxşıdır. Qələbəyə inanan insanların olduğu paltardəyişmə otağına daxil olmaq mənə xoş təsir edir.

Yenidən İspaniya çempionu olmağı və Çempionlar Liqasını qazanmağı hədəfləyirik”.

“Barselona” son iki mövsümdə La Liqanın qalibi olub. Kataloniya klubu Çempionlar Liqasını isə sonuncu dəfə 2015-ci ildə qazanıb.

Hans-Diter Flikin komandası İspaniya çempionatında 5 turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir.

“Barselona” Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqiblərindən biridir. Tərəflər noyabrın 25-də, Bakıdakı Olimpiya stadionunda üz-üzə gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi