İspaniya millisinin və “Barselona”nın vingeri Lamin Yamal 2026-cı il dünya çempionatındakı çıxışını dəyərləndirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu bunu deyib:
“Başqa hansısa bir futbolçu üçün belə çıxış əla olardı, amma mənim üçün yox”.
2026-cı il dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edib. Turnirin qalibi İspaniya millisi olub. Komanda finalda əlavə vaxtda Argentina yığmasını 1:0 hesabı ilə məğlub edib.
“Barselona”nın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biri “Sabah”dır. Komandalar 25 noyabrda, Bakıdakı Olimpiya stadionunda qarşılaşacaqlar.
