Dortmund “Borussiya”sının müdafiəçisi Niko Şlotterbek yenidən “Real”ın diqqət mərkəzinə düşüb.
Sportinfo.az “Bild”-istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya 6 klub maraq göstərir. Bu komandalar arasında “Real” da var.
Şlotterbekin “Borussiya” ilə müqaviləsində 60 milyon avroluq sərbəstqalma maddəsi mövcuddur. Bu isə potensial alıcıların transferi daha asan həyata keçirməsinə imkan yaradır.
Almaniyalı müdafiəçi bu mövsüm Bundesliqada yalnız bir matçda iştirak edib. O, mövsümün ilk oyunlarını zədə səbəbindən buraxıb.
Şlotterbekin Dortmund klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
