”Real”ın yarımmüdafiəçisi Dani Sebalyos qış transfer pəncərəsində Madrid klubunu tərk edə bilər.
Sportinfoz xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı daha çox oyun praktikası əldə etmək istəyir və “Real” yarımmüdafiədə böyük rəqabətə görə buna zəmanət verə bilməz.
Sebalyos bu baxımdan klubunu dəyişmək barədə düşünür.
La Liqanın digər təmsilçisi “Sevilya” yarımmüdafiəçi üçün iddialı sayılır. Klub keçən yay Sebalyosu transfer etmək istəsə də, “Real” onu buraxmayıb.
28 yaşlı futbolçunun Madrid klubu ilə 2027-ci ilin iyunun sonuna qədər olan müqaviləsi var.