Bu da “Mançester Siti“nin növbəti “qurban”ı - VİDEO

24 Sentyabr 2023 10:40 İngiltərə 1 526
Bu da “Mançester Siti“nin növbəti “qurban”ı - VİDEO

“Mançester Siti” İngiltərə Premyer Liqasının VI turunu da itkisiz başa vurub.

Sportinfo.az xəbər verir ki, “şəhərlilər” bu dəfə “Nottinqem Forest”dən güclü olublar.

Qolları yeddinci dəqiqədə Fil Foden və 14-cü dəqiqədə Erlinq Holand vurublar. 44-cü dəqiqədə isə Rodri birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb və Mançester klubunu azlıqda qoyub.

Altı turdan sonra maksimum nəticə göstərən - 18 xal toplayan “Mançester Siti” vahid liderdir. “Nottinqem Forest” isə yeddi xalla 10-cudur.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi
20 Dekabr 00:30 "Qarabağ"dan 3 XƏBƏR