"Xalq mənim vecimə də deyil, sağlamlğım təhlükədədir"

12 May 2020 12:16 İngiltərə 738
"Xalq mənim vecimə də deyil, sağlamlğım təhlükədədir"

“Tottenhem”in futbolçusu, hazırda icarə əsasında “Nyukasl”da çıxış edən Denni Rouz Premyer Liqanın bərpa olunacağı ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, Rouz çempionatın bərpasının əleyhinədir.

O, sağlamlığın ən ümdə şərt olduğunu qabardıb: “Hakimiyyət nümayəndələri deyir ki, futbol xalqın mənəvi ruhunu qaldıracaq. Xalqın mənəvi ruhu mənim vecimə də deyil, sağlamlğımız təhlükədədir.

Virusa yoluxanların sayında kəskin azalma olmayana qədər, çempionatın bərpasından danışmaq yersizdir. Bu, cəfəngiyatdır. Cümə günü tesdən keçəcəm.

Gözləyək, görək nə olur. İnsanların ağrıması və ölməsi mənə pis təsir edir. Belə vaxtda futbol ən axırıncı yerdə olmalıdır”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”