"Monako" - PSJ oyunu təxirə salına bilər

1 Dekabr 2019 16:23 İngiltərə 759
"Monako" - PSJ oyunu təxirə salına bilər

Fransa çempionatının XV turunun "Monako" - PSJ oyunu əlverişsiz hava şəraiti ilə bağlı təxirə salına bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bu gün axşam saatlarında ölkənin cənub-şərqində güclü fırtına və leysan gözlənilir. Bu səbəbdən artıq həmin bölgədə fövqəladə vəziyyət elan olunub.

Bu gün knyazlıq hakimiyyəti, klub nümayəndələri və oyun rəsmilərinin iştirakı ilə iclas keçiriləcək və görüşün başqa tarixə təxirə salınması ilə bağlı məsələ müzakirə olunacaq.

Qeyd edək ki, oyun bu gün Bakı vaxtı ilə gecə saat 00:00-da başlamalıdır.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM