"Qəbələ"nin sabiq baş məşqçisi futbolçuları ələ saldı

11 Noyabr 2019 17:25 İngiltərə 735
"Qəbələ"nin sabiq baş məşqçisi futbolçuları ələ saldı

"Arsenal"ın əfsanəvi kapitanı Toni Adams sabiq komandasını tənqid edib.

Sportinfo.az xəbər verir ki, ötənlərin məşhur müdafiəçisinin fikrincə, London klubunun uğursuz çıxışının səbəbkarı baş məşqçi yox, futbolçulardı. Adams "topçular"ın "Lester"ə 0:2 hesabı ilə uduzduqları oyunda Unai Emerinin işinin öhdəsindən gəldiyini deyib:

"Emeri komandasını "Lester"lə oyuna yaxşı hazırlamışdı. Amma matçın gedişində həm müdafiə, həm də hücum etmək lazımdır. "Arsenal" isə bunu edə bilmədi. Komanda müdafiədə "oturdu". Mənə elə gəldi ki, "Arsenal"ın futbolçuları öz cərimə meydançalarında deyil, tribunada, mənim yanımda müdafiə olunurlar. Yəni o qədər geriyə çəkilmişdilər. Üstəlik "Arsenal"da lider çatışmır. Emerini günahlandırmaq asandır. Amma qeyd etmək lazımdır ki, komanda son illərdə çox bərbad transferlər həyata keçirib".

1983-2002-ci illərdə "Arsenal" forması geyinmiş Toni Adams 2010/2011-ci illər mövsümündə “Qəbələ”nin baş məşqçi olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi