“Çelsi” klubu keçmiş futbolçusu Eden Hazardın 2019-cu ilin yayında transferi üçün “Real”dan pul almağa davam edir.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, Madrid klubu yenidən Çempionlar Liqasının finalına yüksəldikdən sonra “Çelsi”yə daha 6 milyon avro bonus ödəyəcək.
Hazard özü karyerasını bitirsə də, bu, “Real”ın “Çelsi”yə tələb olunan bonusları ödəməli olmasına təsir göstərmir.
Tərəflər, Çempionlar Liqasının finalına çıxanda Hazardın “Real”da olub-olmaması ilə bağlı razılığa gəlməyiblər.
“Kral klubu” belçikalı keçmiş futbolçunun transferi üçün 100 milyon avro ödəyib, eyni zamanda, sövdələşməyə 49 milyon avroya qədər müxtəlif bonuslar da daxil edilib.