Braziliyalı hücumçu Riçarlisonun “Tottenhem”in heyətinə qayıtmayacağı bildirilir.
Sportinfo.az xəbər verir ki, insayder Fabrizio Romano “Men in Blazers” podkastında futbolçunun “Tottenhem”in baş məşqçisi Roberto De Zerbi ilə barışmasının mümkün olmadığını deyib:
“De Zerbi mövsümün əvvəlində Riçarlisonun yanına gedərək yeni müqavilənin müzakirəsini təklif edəndə və onu komandada saxlamaq istədiyini bildirəndə yalan danışmırdı. Ancaq Riçarlison ayrılmaq istəyirdi”.
İnsayderin sözlərinə görə, Riçarlison transfer pəncərəsinin son günlərində “Everton”a keçməkdən imtina edərək, “Tottenhem” rəhbərliyini ciddi şəkildə qəzəbləndirib.
Romano bildirib ki, klublar eyni vaxtda iki transferlə bağlı razılığa gəlmişdi. Riçarlison “Everton”a, İdrissa Ndaye isə “Tottenhem”ə keçməli idi.
Ancaq 29 yaşlı oyunçunun keçiddən imtina etməsi nəticəsində hər iki transfer baş tutmayıb.
