“Tottenhem”in müdafiəçisi Destini Udoçi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu “Yuventus”un maraq dairəsindədir.
Udoçi London klubunda toxunulmaz futbolçu hesab olunmur. “Yuventus”un 15 milyon avroluq təklifi “Tottenhem”i müdafiəçini satmağa razı sala bilər.
İtaliyalı oyunçu 2022-ci ilin avqustundan “Tottenhem”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir. Udoçi bu mövsüm İngiltərə çempionatında 3 oyunda iştirak edib.
