“Barselona”nın yarımmüdafiəçisi Mark Bernal karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə “Liverpul” yaxından maraqlanır. Həmçinin, “Çelsi” və “Mançester Yunayted” də Bernalın durumunu izləyir.
İspaniyalı yarımmüdafiəçinin Kataloniya klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
O, bu mövsüm La Liqada 7 oyunda iştirak edib və 2 məhsuldar ötürmə verib. “Barselona”nın yetirməsi üçün 500 milyon avroluq təzminat maddəsi müəyyənləşdirdiyi bildirilir.
Hans-Diter Flikin rəhbərlik etdiyi “Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda Azərbaycan çempionu “Sabah”ın qonağı olacaq.
