“Sabah”ın Çempionlar Liqasında rəqiblərindən olan “Barselona” və Premyer Liqanın bəzi klubları “Lids”in müdafiəçisi Tarik Muharemoviçlə maraqlanır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, lakin bosniyalı futbolçunun yanvarda komandadan ayrılması gözlənilmir.
Onun üçün əsas mübarizənin yay transfer pəncərəsində başlayacağı bildirilir.
Muharemoviç yayda təxminən 34 milyon funt-sterlinq qarşılığında “Sassuolo”dan “Lids”ə keçib.
23 yaşlı futbolçu qısa müddətdə komandanın müdafiə xəttinin əsas oyunçularından birinə çevrilib. O, avqust ayında “Lids”də “Ayın oyunçusu” seçilib.
