Hazırda 6 klubun hədəfindədir - “Sabah”ın rəqibinin vingeri

00:20 İngiltərə 109
Hazırda 6 klubun hədəfindədir - “Sabah”ın rəqibinin vingeri

“Arsenal”ın vingeri Noni Madueke Avropanın bir neçə klubunun diqqət mərkəzindədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 6 klub 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Onların arasında “Yuventus” və “Atletiko” da var.

Bununla belə, London təmsilçisi hazırda Madueke ilə yollarını ayırmağı planlaşdırmır.

İngiltərəli vinger bu mövsüm bütün turnirlərdə 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Onun “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı Maduekenin bazar dəyərini 45 milyon avro qiymətləndirir.

“Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!