“Arsenal” baş məşqçisi Mikel Arteta ilə yeni müqavilə imzalayıb.
Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, London klubu müqavilənin müddətini açıqlamayıb və yalnız anlaşmanın uzunmüddətli olduğunu bildirib.
Artetanın yeni müqaviləsinin müddətinin 2030-cu ilə qədər nəzərdə tutulduğu bildirilir.
Onun komandası UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
