Baş məşqçinin taleyi tükdən asılıdır - Həmin müddətə qədər vəziyyət yaxşılaşmasa...

15:40 İngiltərə 120
Baş məşqçinin taleyi tükdən asılıdır - Həmin müddətə qədər vəziyyət yaxşılaşmasa...

“Mançester Yunayted”in mövsümə uğursuz başlaması baş məşqçi Maykl Karrikin gələcəyi ilə bağlı suallar yaradıb.

Klub rəhbərliyi ingiltərəli mütəxəssisə noyabrda milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasiləyədək vaxt verəcək.

Həmin müddətə qədər vəziyyət yaxşılaşmasa, rəhbərliyin Karriklə bağlı qəti qərar verəcəyi bildirilir.

Sportinfo.az “Indykaila News”-a istinadən xəbər verir ki, Karrik istefaya göndərilərsə, onun yerinə əsas namizədlərdən biri Sesk Fabreqas olacaq.

39 yaşlı mütəxəssis hazırda “Komo”nu çalışdırır.

Fabreqas İngiltərə futbol ictimaiyyətinə “Arsenal” və “Çelsi”dəki çıxışından yaxşı tanışdır. İspaniyalı mütəxəssis ötən mövsüm “Komo”nu UEFA Çempionlar Liqasına çıxarıb.

Digər Xəbərlər
Xəbər Lenti