İspandan ötrü 100 milyon avroluq təklif hazırlayır - Premyer Liqa mənsubu

00:00 İngiltərə 106
İspandan ötrü 100 milyon avroluq təklif hazırlayır - Premyer Liqa mənsubu

“Çelsi” “Atletiko”nun yarımmüdafiəçisi Pablo Barriosu transfer etmək istəyir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London təmsilçisi ispaniyalı futbolçunun transferində PSJ ilə rəqabət aparmağa hazırdır.

Daha əvvəl Paris klubunun baş məşqçisi Luis Enrikenin təşəbbüsü ilə Barriosun transferinin gündəmə gəldiyi bildirilmişdi.

“Çelsi” 23 yaşlı yarımmüdafiəçinin keçidi üçün 100 milyon avro təklif etməyi planlaşdırır. “Liverpul” və “Arsenal” da futbolçunun çıxışını izləyir.

Barrios 2023-cü ilin yanvarından “Atletiko”da çıxış edir. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!