“Sabah”ın Çempionlar Liqasında rəqibi olan “Arsenal” hücumçusu Kay Havertslə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə çempionu 27 yaşlı futbolçunun nümayəndələri ilə yeni müqavilə barədə danışıqlara başlamaq qərarına gəlib.
Tərəflər arasında hazırkı sözləşmənin müddəti 2028-ci ilin iyununun sonunda başa çatacaq.
Almaniyalı forvardın bazar dəyəri 60 milyon avro qiymətləndirilir.
Haverts bu mövsüm İngiltərə Premyer Liqasında “Arsenal”ın heyətində 5 oyuna çıxıb və 2 qol vurub. Onun komandası 5 turdan sonra 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
