“Frayburq”un hücumçusu İqor Matanoviç İngiltərə Premyer Liqasının üç klubunun diqqətini cəlb edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal”, “Mançester Yunayted” və “Çelsi”nin nümayəndələri 23 yaşlı futbolçunun çıxışını yaxından izləyirlər.
Xorvatiyalı hücumçunun da İngiltərəyə getməyə müsbət yanaşdığı bildirilir.
“Frayburq”un hücumçunun transfer qiymətini artırdığı və onun üçün təxminən 50 milyon funt-sterlinq (59 milyon avro) tələb etdiyi qeyd olunur.
Matanoviç bu mövsüm 7 oyunda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
