“Bəzən ölüm haqqında düşünürəm, özümə sual verdim ki...”

01:30 İngiltərə 103
“Bəzən ölüm haqqında düşünürəm, özümə sual verdim ki...”

“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson yeni stadionun tikintisi ilə bağlı fikirlərini bölüşüb.

Şotlandiyalı mütəxəssis bu barədə “Həyatımın oyunları” adlı kitabında danışıb.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, Ferqyuson, klubun “Old Trafford”un əvəzinə yeni stadionun tikilməsi ilə bağlı planlarını xatırladaraq, layihənin başa çatmasını görüb-görməyəcəyini düşündüyünü deyib:

“Bəzən ölüm haqqında düşünürəm. “Mançester Yunayted” “Old Trafford”un əvəzinə möhtəşəm yeni stadion tikmək planlarını açıqlayanda, istər-istəməz özümə sual verdim: bu hadisəni qeyd edəcək qədər yaşayacammı?

Ümid edirəm, tikinti yaxın vaxtlarda başlayacaq. Çünki proses beş il uzansa, artıq 90 yaşım olacaq.

Bununla belə, bilirəm ki, bu və ya digər şəkildə mərasimdə iştirak edəcəm – cismimlə və ya ruhumla”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO