“Məqsədimiz hər oyunda yeddi qol vurmaq deyil, bunu bacarmayacağıq”

01:40 İngiltərə 117
“Məqsədimiz hər oyunda yeddi qol vurmaq deyil, bunu bacarmayacağıq”

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel Millətlər Liqasında Xorvatiya yığmasını 7:0 hesabı ilə məğlub etdikləri oyundan sonra gözləntilərin həddindən artıq artırılmamasını istəyib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Gözləntiləri həddindən artıq yüksəltməməliyik. Məqsədimiz hər oyunda yeddi qol vurmaq deyil.

Bunu davamlı şəkildə bacarmayacağıq. Hər oyunda bu qədər qol şansı yaratmaq imkanımız olmayacaq”.

İngiltərə millisi ilk hissədə 4 qol vurub və fasilədən sonra daha 3 dəfə fərqlənərək, böyükhesablı qələbə qazanıb. Komanda oktyabrın 6-da Çexiya yığması ilə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
4 Oktyabr 20:00 Çək və bizə göndər!
4 Oktyabr 18:57 Litvanı məğlub etdik
4 Oktyabr 04:00 Dörd futbolçu var ki...