Norveçli vinger üçün 40 milyon avroluq təklifə hazırlaşır - “Sabah”ın rəqibi

20:25 İngiltərə 105
Norveçli vinger üçün 40 milyon avroluq təklifə hazırlaşır - “Sabah”ın rəqibi

“Leyptsiq”in vingeri Antonio Nusa karyerasını “Arsenal”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Arsenal Radar” məlumat yayıb.

21 yaşlı futbolçu “Arsenal”ın əsas transfer hədəflərindən biridir. London klubu Nusa üçün 40 milyon avro təklif etməyə hazırlaşır.

Ancaq “Leyptsiq” norveçli vingeri üçün 60-65 milyon avro tələb edir.

“Tottenhem”, “Bayern”, “Barselona” və İtaliya A Seriyasının bir neçə klubu da vəziyyəti izləyir. Nusa bu mövsüm “Leyptsiq”in heyətində 6 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

“Arsenal” UEFA Çempionlar Liqasının əsas mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti