Yaxın vaxtlarda yeni müqavilə təklifi ala bilər - “Mançester Yunayted”dən

01:30 İngiltərə 123
Yaxın vaxtlarda yeni müqavilə təklifi ala bilər - “Mançester Yunayted”dən

“Mançester Yunayted”in müdafiəçisi Luk Şou yaxın vaxtlarda klubundan yeni müqavilə təklifi ala bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

“Qırmızı şeytanlar” 31 yaşlı futbolçu ilə yeni müqavilə üzrə danışıqlara 2027-ci ilin yanvarında başlamağı planlaşdırır. Klubun Şouya uzunmüddətli perspektivdə güvənməkdə davam etdiyi bildirilir.

Bununla belə, “Mançester Yunayted” ingiltərəli müdafiəçiyə rəqabət yarada biləcək yeni futbolçu axtarışını da davam etdirir.

Şou bu mövsüm Premyer Liqada 4 oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib. Onun “Mançester Yunayted”lə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
3 Oktyabr 18:10 Çək və bizə göndər!
3 Oktyabr 02:50 O qol da Namiqin oldu