“Mançester Siti” rəhbərliyi Qvardiolanın yerinə namizəd tapıb?

19 Mart 10:00 İngiltərə 963
“Mançester Siti” rəhbərliyi Qvardiolanın yerinə namizəd tapıb?

“Mançester Siti” rəhbərliyi qeyri-qənaətbəxş nəticələrə görə ispaniyalı baş məşqçi Pep Qvardiola ilə yollarını ayırmağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, bu barədə “E-notices” nəşri məlumat yayıb.

Bildirilib ki, artıq “şəhərlilər” yeni baş məşqçi axtarışlarına başlayıblar.

Klub rəhbərliyi “Barselona”nın və İspaniya millisinin əfsanəvi sabiq futbolçusu, hazırda İtaliya “Komo”sunu çalışdıran Sesk Fabreqası komandanın “sükanı arxası”na gətirmək istəyir.

Mənbə yazır ki, “Mançester Siti” onu bu yay komandaya cəlb etməyə çalışacaq.

Hazırda İngiltərə klubu 48 xalla Premyer Liqanın turnir cədvəlində beşinci yeri tutur. Çempionlar Liqasının pley-off mərhələsində isə komanda “Real Madrid” tərəfindən mübarizədən kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var