Premyer Liqanın başqa komandasına keçməyə hazırdır - Braziliyalı yarımmüdafiəçi

14 Avqust 2024 10:20 İngiltərə 639
Premyer Liqanın başqa komandasına keçməyə hazırdır - Braziliyalı yarımmüdafiəçi

“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş İngiltərə Premyer Liqasının başqa komandasına keçməyə hazırdır.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, braziliyalı “Mançester Siti”yə keçmək istəyir.

Daha əvvəl “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola yarımmüdafiəçini komandasına cəlb etmək istəyib.

Ancaq “Nyukasl” tələb etdiyi 130 milyon avro təzminat məbləği ilə “şəhərlilər”in “gözünü qorxudub”.

Gimarayeş ötən mövsüm İngiltərə Premyer Liqasında 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu