COP29

“Mənim nömrəm onda var, zəng edə bilər, amma buna ehtiyacı olacağını düşünmürəm”

29 May 18:17 İngiltərə 939
“Mənim nömrəm onda var, zəng edə bilər, amma buna ehtiyacı olacağını düşünmürəm”

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp 2024-cü ilin yayından “qırmızılar”a rəhbərlik edəcək Arne Slot haqqında danışıb.

Sportinfo.az “This is Anfield” nəşrinə istinadən xəbər verir ki, alman mütəxəssis Slotla söhbət etdiyini deyib:

“Biz onunla danışdıq, çox yaxşı söhbət oldu. O, həqiqətən yaxşı məşqçidir.

Slotda mənim nömrəm var, zəng edə bilər. Amma onun belə bir şeyə ehtiyacı olacağını düşünmürəm”.

45 yaşlı Slot 2021-ci ilin yayından “Feyenoord”u çalışdırıb. Bu müddətdə onun rəhbərliyi altında Niderland komandası bütün turnirlərdə 145 matç keçirib, 94 dəfə qalib gəlib, 27 dəfə heç-heçə edib, 24 dəfə məğlub olub.

“Liverpul” 2023/2024 mövsümünü İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"