Paytaxt klubunda gözlənilməz ayrılıq - Baş məşqçi getdi

22 May 2024 10:00 İngiltərə 650
Paytaxt klubunda gözlənilməz ayrılıq - Baş məşqçi getdi

“Çelsi” baş məşqçi Maurisio Poçettino ilə əmək müqaviləsinə xitam verdiyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

“Bütün “Çelsi” adından Maurisioya bu mövsümdə gördüyü işlərə görə minnətdarlığımızı bildirmək istəyirik.

İstənilən vaxt onu yenidən “Stamford Bric”də görməkdən şad olarıq. Ona gələcək məşqçilik karyerasında uğurlar arzulayırıq”, - mətbuat xidmətinin bəyanatında deyilir.

Poçettino 2023-cü ilin mayında Frenk Lempardı əvəz edərək “Çelsi”yə rəhbərlik edib.

Argentinalı daha əvvəl “Paris Saint-Germain”, “Tottenham Hotspur”, “Southampton” və “Espanyol”da çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu