“Arsenal”ın hücumçusu Viktor Qyokereş komandadakı hazırkı vəziyyətindən məyus olduğunu etiraf edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, isveçli futbolçu daha çox oynamaq və komandaya töhfə vermək istədiyini bildirib:
“Əlbəttə, “Arsenal”da daha çox oynamamaq məyusedicidir. Hansı komandada olmağınızdan asılı olmayaraq, bu, həmişə üzücüdür.
Çünki siz meydana çıxmaq, töhfə vermək və qollar vurmaq istəyirsiz. Bəzən bu, həqiqətən də, ruhdan salır.
Lakin fürsət düşən kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Mən yalnız öz nəzarətimdə olan məsələlərə diqqət yetirirəm”.
Qyokereş 2025-ci ilin yayında, təxminən 67 milyon avro qarşılığında “Sportinq”dən “Arsenal”a keçib. 28 yaşlı hücumçu bu mövsüm “Arsenal”ın heyətində yalnız iki oyuna start heyətində başlayıb və hələ qol vurmayıb.
“Arsenal” “Sabah”ın UEFA Çempionlar Liqasında rəqiblərindən biridir. Komandalar 27 yanvarda, İngiltərədə qarşılaşacaqlar.
