Oyundan qayıdan klub prezidenti evinin yaxınlığında güllələnib öldürüldü - FOTO

30 Sentyabr 18:20 Hadisə 387
Oyundan qayıdan klub prezidenti evinin yaxınlığında güllələnib öldürüldü - FOTO

“Botev”in prezidenti İliyan Filipov qətlə yetirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Bolqarıstanın “Nova” nəşri məlumat yayıb.

Hadisə ötən gecə Filipov komandasının oyunundan sonra evə qayıdarkən baş verib.

Məlumata görə, iş adamı yaşadığı evin yaxınlığında başından bir güllə ilə vurularaq öldürülüb.

Hazırda hadisəni törədən şəxsin axtarışları davam etdirilir. Polis ərazidə şübhəli avtomobilləri yoxlayır. Hələlik saxlanılan şəxsin olmadığı bildirilir.

Hüquq-mühafizə orqanları qatilin Filipovu yaşayış kompleksinin yaxınlığındakı meşəlik ərazidə gözləmiş ola biləcəyini ehtimal edirlər.

“Botev” Bolqarıstanda yüksək liqada yarışır.

Klub prezidenti qətlə yetirildi

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM