İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel, “Bayern”in hücumçusu Harri Keynin beynəlxalq fasilədə bütün oyunlarda start heyətində meydana çıxmaq istəyi barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Düzünü desəm, məmnuniyyətlə rotasiyadan imtina edərdim, amma bunun mümkün olub-olmadığına əmin deyiləm.
İdeal halda, hər oyunda ən azı altı-yeddi əsas oyunçunu, tam güvəndiyimiz futbolçuları meydana çıxarardım.
Məsuliyyəti onların üzərinə qoyar və onlara olan etimadımızı göstərərdik. Lakin bu, çətin ki, mümkün olsun. Görəcəyik”.
İngiltərə millisi ilk turda İspaniya yığmasına 2:3 hesabı ilə məğlub olub. Komanda sentyabrın 29-da səfərdə Çexiya, oktyabrın 3-də Xorvatiya, oktyabrın 6-da isə evdə yenidən Çexiya yığmaları ilə qarşılaşacaq.
