“Mançester Yunayted” rəhbərliyi komandanın İngiltərə Premyer Liqasındakı uğursuz startından narazıdır.
Sportinfo.az “Goal”-a istinadən xəbər verir ki, klub baş məşqçi Maykl Karrikin istefaya göndərilməsini nəzərdən keçirir.
Onu əvəz edə biləcək namizədlər arasında italiyalı mütəxəssis Antonio Kontenin də adı var. “Qırmızı şeytanlar” artıq 57 yaşlı məşqçi ilə ilkin əlaqə saxlayıblar.
Konte hazırda işsizdir. O, son olaraq “Napoli”ni çalışdırıb. Mütəxəssis İngiltərədə daha əvvəl “Çelsi” və “Tottenhem”ə rəhbərlik edib.
“Mançester Yunayted” İngiltərə çempionatının 5 turundan sonra 5 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Komanda UEFA Çempionlar Liqasının ilk turunda Azərbaycan çempionu “Sabah”ı 4:0 hesabı ilə məğlub edib.
