“Brügge”nin sol cinah müdafiəçisi Xoakin Seys “Mançester Yunayted”in transfer gündəmindədir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu belçikalı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
“Mançester Yunayted”in əsas hədəflərindən olan Nataniel Braun bu yay “Bayern”ə keçib.
Klubun nəzərdən keçirdiyi digər sol cinah müdafiəçisi Luis Holl isə “Nyukasl”la yeni müqavilə imzalayıb. Bundan sonra “qırmızı şeytanlar” diqqətini Seysə yönəldib.
Seysin “Brügge” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədər qüvvədədir. 21 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.
