“Mançester Yunayted”in və İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi çəki atma prosesi barədə danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha sağlam həyat tərzinə keçdiyini, qidalanmasını yaxşılaşdırdığını və məşq etdiyini söyləyib:
“Özümü əla hiss edirəm! Bir müddətdir ki, spirtli içki qəbul etmirəm.
Sadəcə, daha sağlam hiss etmək istəyirdim. Qidalanma tərzimi yaxşılaşdırmışam və məşq edirəm.
Hamı deyir ki, mən həmin inyeksiya olunan preparatlardan istifadə edirəm, amma bu, doğru deyil. Bunu açıq şəkildə bildirmək istəyirəm, mən çox çalışıram”.
Runi 2004-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, klubun heyətində 12 titul qazanıb və 253 qolla “qırmızı şeytanlar”ın tarixində ən çox qol vuran futbolçu olub.
