Üç federasiyanı ləğv edən AFFA bütün səlahiyyətləri bu şəxsə verdi

30 Sentyabr 17:40 Hadisə 1 206
Üç federasiyanı ləğv edən AFFA bütün səlahiyyətləri bu şəxsə verdi

Xəbər verdiyimiz kimi, AFFA-ya bağlı fəaliyyət göstərən 3 federasiya ləğv olunub.

Futzal federasiyası, Sahə Futbol Federasiyası və Çimərlik Futbolu federasiyası fəaliyyətini dayandırıb.

Bu üç qurumun əsasında departament yaradılıb. Onların bütün səlahiyyətləri birbaşa AFFA-ya aid orqana verilib.

Struktur dəyişikliyinin məqsədi sözügedən sahələrin işini optimallaşdırmaq, daha operativ idarəetmə modeli yaratmaqdır.

Bu, o cümlədən, həmin bölümlərə ayrılan büdcədən səmərəli və mərkəzləşmiş qaydada istifadəyə imkan verəcək.

Artıq bu departamentə təyinat da olub. Fərid Babayev sədr postuna gətirilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 18:10 Çək və bizə göndər!
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO
12 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM