“Roma”nın müdafiəçisi Uesli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı futbolçunun xidmətində “Mançester Yunayted” maraqlıdır.
“Qırmızı şeytanlar” müdafiə xəttini gücləndirmək üçün Ueslini namizədlər siyahısına daxil edib.
Braziliyalı futbolçu ilə “Atletiko” və “Sabah”ın UEFA Çempionlar Liqasındakı rəqibi “Arsenal”ın da maraqlandığı bildirilir.
Ueslinin “Roma” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir. Müdafiəçinin transfer dəyəri 40 milyon avro qiymətləndirilir.
