COP29

“Bu vəziyyətə öyrəşmək lazımdır, çünki millidə hər şey eyni işləyir”

18 May 10:00 İngiltərə 330
“Bu vəziyyətə öyrəşmək lazımdır, çünki millidə hər şey eyni işləyir”

İngiltərə yığmasının baş məşqçisi Qaret Sautqeyt iyunda başlayacaq AÇ-2024 öncəsi hücumçu Harri Keynin durumundan danışıb.

Sportinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi, ingilis hücumçunun məyus olduğunu deyib:

“Məncə, Keynin daha çox motivasiyaya ehtiyacı yoxdur. Əlbəttə, Harri çox məyusdur, lakin təcrübə onun üçün müsbət oldu.

Bu gün o, hər həftə qalib gələcəyi gözlənilən böyük klubda oynayır. İşlər plana uyğun getməyəndə bu, faciədir.

Bu vəziyyətə öyrəşmək lazımdır, çünki İngiltərə milli komandasında hər şey eyni işləyir”.

Keyn bu mövsüm “Bayern”lə bir dənə də olsun kubok qazana bilməyib.

İngiltərə millisinin forvardı Almaniya Bundesliqasının bu mövsümündə 36 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"