"Mançester Yunayted"dən xalla qayıtmaq olardı...
Yəqin ki, əksəriyyətdə ilk 20 dəqiqədən sonra bu fikirlər yarandı.
Və qısa müddətdə də keçib getdi.
Sonrakı dəqiqələr göstərdi ki, ortada ciddi uçurum var.
Bunu ancaq xəyal etmək olar, reallıqdan uzaqdır.
"Qırmızı şeytanlar" oyunu faktiki yola verdi.
Fiziki olaraq meydanda olsalar da, beyin olaraq daha çox bir neçə gün sonra keçiriləcək "Mançester Siti" ilə qarşılaşmanı düşünürdülər.
Tam heyətlə meydana çıxmamağın arxasında bu durur.
Meydana ayaq basanlar da gücünə qənaət etdi.
90 dəqiqə astagəl futbol oynadılar.
Özlərini qəti yormadılar.
İstədikləri vaxtda da qolları vurub 3 xalı qazandılar.
Düzdü, "qırmızı şeytanlar" ideal formada deyil.
Müdafiədə boşluqlar verirdi, hücumda dəqiqlik yüksək deyildi.
Amma bütün bunlara rəğmən üstün idi, favorit idi.
Sonda da layiqli qələbə qazandı.
"Sabah" kollektivi çox da üzülmək yox, müəyyən dərslər çıxarıb, qarşıdakı xal ala biləcəyi oyunlara baxmalıdır.
XANOĞLAN/ SPORTİNFO.AZ
