"Bədənim məni xəbərdar edirdi, amma qulaq asmadım"

20 Noyabr 2023 15:20 İngiltərə 728
"Bədənim məni xəbərdar edirdi, amma qulaq asmadım"

“Çelsi”nin müdafiəçisi Ris Ceyms hazırkı fiziki durumu, eləcə də, karyerasında aldığı zədələrdən hansı nəticələrə gəldiyi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, fiziki durumunun tədricən bərpa olunduğunu deyib:

“Uzun müddətdir özümü bu qədər yaxşı hiss etməmişdim. Şübhəsiz ki, mənim gücüm və fiziki hazırlığım tədricən bərpa olunur.

Bədənim məni xəbərdar edirdi, amma qulaq asmadım. İndi mən bunu daha yaxşı başa düşürəm”.

23 yaşlı futbolçu 2023-cü ildə 6 dəfə zədələnib. Bu mövsüm ingilis müdafiəçi bütün turnirlərdə 6 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 11:10 UEFA-dan AFFA-ya məktub
19 Dekabr 03:10 Azərbaycanda 12:2