Yığmanın müdafiəçisi Premyer Liqada klubunu dəyişdi

4 İyul 2022 10:20 İngiltərə 711
Yığmanın müdafiəçisi Premyer Liqada klubunu dəyişdi

“Everton” heyətini yeni futbolçu ilə gücləndirib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa klubu elitanın digər təmsilçisi “Bernli”dən Ceyms Tarkovskini heyətinə qatıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Mərkəz müdafiəçisi olan Ceyms Tarkovski 2016-cı ildən “Bernli”nin formasını geyinirdi. O, “Bernli”dən əvvəl “Meyn Roud”, “Oldhem Atletik” və “Brentford” klublarının da formasını geyinib.

İngiltərə yığmasında da oynamış futbolçu, millidə 2 matça çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti