“Fənərbaxça”nın prezidenti Aziz Yıldırım “Turan Tovuz”a öz köməkliyini təklif edib.
Saytımız bu barədə maraqlı məlumat alıb.
Redaksiyamıza daxil olan informasiyaya görə, İstanbul nəhənginin başqanı onlara məxsus 3-4 futbolçunun Azərbaycanda çıxış etməsinə tərəfdardır.
Məşhur türkiyəli iş adamı onların siyahısını qarşı tərəfə təqdim eləyib. Bura 2 yerli və 2 legionerin adı daxildir.
O, Premyer Liqada çempionluq uğrunda mübarizə aparan “Turan Tovuz“a dəstək məqsədilə həmin oyunçuları birillik icarəyə verməyə hazırdır.
Bir daha yada salaq ki, Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla işgüzar görüş keçirib.
Tərəflər arasında keçirilən müzakirələr zamanı “Turan Tovuz” – “Fənərbaxça” yoldaşlıq oyununun təşkili ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb və oyunun növbəti milli fasilə dövründə keçirilməsi qərara alınıb.
Bununla yanaşı, klublar arasında mümkün əməkdaşlıq perspektivləri də müzakirə olunub. Tərəflər əlaqələrin davamlı inkişaf etdirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində razılıq əldə ediblər.
SPORTİNFO.AZ
