PFL-dən iki liqaya aid saytımıza VACİB AÇIQLAMA - Heç bir…

17:00 Problem 89
PFL-dən iki liqaya aid saytımıza VACİB AÇIQLAMA - Heç bir…

Məlum olduğu kimi, Premyer Liqa və Əvəzedicilər Liqasının iştirakçıları artıq əvvəlki illərdəki kimi futbolçu sifariş edə bilmir.

Peşəkar Futbol Liqası (PFL) bu mövsümdən onlara məhdudiyyət tətbiq eləyib.

Yarışa qatılanlar cari «futbol ili» ərzində maksimum 30 futbolçunun xidmətindən yararlana biləcək.

PFL eyni zamanda Premyer Liqaya aid növbəti qərar verib. Çempionatın təşkilatçısı olan qurumun qərarı bütün iştirakçıları əhatə edir.
Buna əsasən, klublar sezon ərzində maksimum 30 futbolçu qeydiyyatdan keçirəcək.

Müqayisə üçün deyək ki, keçən «futbol ili»ndə bu rəqəm 35 idi.

Problem həm də ondadır ki, komandadan göndərilən futbolçuların sayı «30»u dəyişdirmir. Başqa sözlə, qurum gedəni yox, gələni hesaba qatır.
İştirak ərizəsinin «sərhəd»inin məhdudlaşdırılmasının səbəbi nədir?

Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov Sportinfo.az-a açınlamasında məsələyə aydınlıq gətirib

: «Öncə onu qeyd etmək istərdim ki, heç bir azalma olmayıb. PFL illərdir Premyer Liqada çıxış edən klubların əsas və əvəzedici komandalarına sifariş üzrə məhz 30 yer təqdim edir.

Bəli, Birinci Liqada və İkinci Liqada bu say 35-dir, amma Premyer Liqa komandaları üçün say heç vaxt 35 olmayıb. Bunun da öz məntiqi səbəbləri var.

Belə ki, klublar əsas komandanın oyununda əvəzedicilərin siyahısında yer alanlardan, əvəzedici komandanın oyununda isə əsas komandanın siyahısında olan futbolçulardan istifadə etmək hüququna malikdir.

Bu isə seçimin 30 deyil, 60 nəfər arasında aparıla biləcəyi deməkdir.

Eyni zamanda, PFL klublara əvəzedici heyətdə 30 yer dolacağı təqdirdə, klubun akademiyasından gələn və son 12 ayda klubun akademiyasının üzvü olan əlavə 3 nəfər sifariş etməyə imkan verir.

Göründüyü kimi, Premyer Liqa klublarının komandaları üçün maksimal futbolçu seçimi 63-ə qədər çata bilər».

Digər Xəbərlər
Xəbər Lenti