Qvardiola yeni müqavilənin vaxtını göstərdi - “Mançester Siti” ilə

14 May 2022 00:10 İngiltərə 504
Qvardiola yeni müqavilənin vaxtını göstərdi - “Mançester Siti” ilə

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola klubu ilə yeni müqavilə məsələsi haqda danışıb.

Sportinfo.az xəbər verir ki, ispaniyalı mütəxəssis Çempionlar Liqasındakı uğursuzluğun gələcəyinə təsir etməyəcəyini bildirib:

“Müqaviləni yeniləsəm, bu, gələn mövsümün sonunda olacaq. Bundan daha tez olmayacaq. Mən burda daha 10 il qalardım, amma vəziyyətin necə olacağını anlamaq üçün vaxt lazımdır.

Bəli, biz məyus olduq, Çempionlar Liqasının finalında oynamaq istəyirdik. Amma Çempionlar Liqasından kənarda qalmağımız gələcəyimə təsir etməyəcək”.

51 yaşlı baş məşqçinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2023-cü ilə qədərdir.

Qvardiola 2016-cı ildən Mançester klubundadır. Bu müddət ərzində o, komandası ilə üç dəfə ölkə çempionu olub, iki dəfə superkubok və bir dəfə İngiltərə kubokunu qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu