Tanınmış millət vəkili II Liqa komandasını ziyarət edir.
Fazil Mustafa “Dinamo”ya baş çəkib.
Əslən Naxçıvandan olan deputat II Liqanın açılış turu çərçivəsində keçirilən “Difai” – “Dinamo” oyununu canlı izləmək qərarına gəlib.
O, bu niyyətlə “Palms Sports Futbol Mərkəzi”nə yollanıb.
Oyundan əvvəl paltardəyişmə otağına baş çəkən Fazil bəy rəhbər, məşqçi və futbolçu heyəti ilə görüşüb, onlara uğurlar arzulayıb.
Millət vəkili zarafatından da qalmayıb. O, üzünü komandanın “vuran ayağı”na tutaraq “Valeh Seyidov kimi hücumçusu olan komanda necə olmalıdır?” deyib.
Oyun 3:1 “Dinamo”nun xeyrinə başa çatıb, Valeh Seyidov bu qarşılaşmada aktivinə 2 qol yazdırıb.
Fazil Mustafa oyunu klubun rəhbər adamı Yaşar Seyidovla birlikdə izləyib, qələbədən sonra komanda üzvlərini təbrik edib.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
